“Tesla” pilotsuz taksi xidməti həyata keçirəcək

11:54 - 23 Aprel 2019 - AVTO

“Tesla” şirkəti 2020-ci ildə ABŞ-da pilotsuz taksi xidməti həyata keçirməyi planlaşdırır.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin başçısı İlona Maskın bəyanatına istinadən məlumat yayıb.

Mask bəyanatda bildirib ki, “Mən böyük əminliklə proqnozlaşdırıram ki, Tesla pilotsuz taksiləri gələn il buraxılacaq. Belə taksilərə hər yerdə rast gəlinməyə bilər, ona görə ki, biz bir çox orqan tərəfindən razılıq ala bilmərik. Lakin mən əminəm ki, bu barədə razılığı gələn il ala bilərik”.

İ.Maskın hesablamalarına görə, gələn il yollarda pilotsuz taksilərin sayı 1 milyona çatacaq.

Pilotsuz taksini yalnız mobil əlavə ilə sifariş vermək olacaq.

Şirkət başçısı həmçinin deyib ki, ola bilsin iki ildən sonra Tesla sükansız və pedalsız avtomobil hazırlasın.

Namiq

Xəbər xətti