Niaqara şəlaləsi də dondu -Foto

10:32 - 23 Yanvar 2019 - Xəbər

Son günlər Kanada və ABŞ-ın şimal rayonlarında qeydə alınan güclü şaxta nəticəsində Niaqara şəlaləsi qismən donub.

Yerli sakinlər bu təbiət möcüzəsinin şəkillərini sosial şəbəkələrdə paylaşıblar. Ötən həftənin sonundan Kanadanın şərq, mərkəzi və arktik rayonlarında 30-40, bəzi yerlərdə isə 55 dərəcə şaxta qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ilin əvvəlində də Niaqara şəlaləsi qismən donmuşdu.trend

Xəbər xətti