“Xətai” metrosu təmirə bağlana bilər”

11:01 - 28 Dekabr 2017 - Xəbər

“Xətai” metrosu 2018-ci ildə təmirə bağlana bilər.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.
 

O bildirib ki, bununla bağlı hələ rəsmi qərar olmasa da, eskalatorların istifadə müddəti gələn il bitir:

“Təmirin vaxtı dəqiq bilinmir. Ancaq metro 1968-ci ildə istifadəyə verilib və artıq 50 ilini tamamlayır. 3 eskalator da dəyişdirilməlidir. Çox güman ki, bu proses “Sahil” stansiyasında gedən təmir işləri yekunlaşdıqdan sonra başlayacaq.
 

Hazırda isə “Xətai”də ikinci yol təmir olunur”.

Xəbər xətti