Ermənistan silahlı qüvvələri işğal altında olan Ağdamda təlimlərə başlayıb

12:48 - 13 Sentyabr 2017 - Xəbər

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.
Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altında kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.

Xəbər xətti