"Qəribə haldır, fikirləşirlər ki, sanki bizim ağlımız yoxdur".
Ucnoqta.az milli.az-a istinadla xəbər verir ki, bunu Səfərova bacıları deyib.
Əkizlər TV aparıcılarından gileyləniblər:
"Aparıcı olduğumuz vaxtlar çox fərqli idi. Həmin veriliş kimi olsa, yenidən TV-yə qayıdarıq. İndiki qonaqlar, istəklər fərqlidir. Qalmaqallar daha çoxdur. Belə reytinq bizə xoş deyil. O verilişimiz bitib. Ancaq qonaqlarla dostluğumuz davam edir, münasibət korlanmayıb. Bu məsələdə nümunəyik.
Vaxtında gələn qonağıma hörmətlə yanaşmışam. İndiki dövrdə "Hömət hörmətə bağlıdır" cümləsi belə yalnışdır. İnsana hörmət edtiyin halda, verilişinə gedib hörmətsizlik görürsən. Qəribə haldır, fikirləşirlər ki, ağlımız yoxdur, düşünə bilmirik. Hansı yerdə hansı addım atmağı və hansı sözləri deyəcəyimi yaxşı bilirəm. Özümə etdiyim hörməti qarşımdakına da edirəm. Düşünürəm ki, bu, qarşılıqlı olmalıdır".