Rusiyanın baş naziri Mixail Mişustin iyunun 4-5-də Tacikistana gedir.
Rusiyanın baş naziri Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Hökumət başçıları MDB çərçivəsində ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafının cari məsələlərini müzakirə edəcəklər.