"Dövlət İmtahan Mərkəzinin ekspert hesab etdiyi efirə çıxıb Kembric kitabından mənbə göstərməyə çalışıb ki, bəs sual elmi cəhətdən düzdür. Vallah, bunlar utanmaq hisslərini itiriblər".
Ucnoqta.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb. Kamran Əsədov qeyd edir ki, gətirdikləri mənbə belə onların testinin səhv olduğunu təstiq edir.
"Tarix fənnindən 3 test tapşırığı elmi cəhətdən də, dərsliklərə görə də, stantartlara görə də səhvdir! Vicdanınız olsun", - deyə o qeyd edib.
Xatırladaq ki, DİM 25 və 01 iyun tarixləridnə 11 -ci siniflər üçün qəbul imtahanı keçirib. Tərtib edilən imtahan suallarının bir neçəsində səhv olduğu iddia edilir.