Bıçaqlanan Araz Musayevin son durumu açıqlanıb

11:34 - 4 İyun 2025 - Cəmiyyət

Türkiyədə bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu olmuş Araz Musayevin son durumu açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, o, özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm", - deyə A.Musayev qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Muay Tay Federasiyasının Türkiyədə təşkil etdiyi dünya çempionatına qatılan 14 nəfərlik Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Araz Musayev mayın 28-də Antalyada bıçaqlanmışdı.

Xəbər xətti