Azadə Hüseynovaya yüksək vəzifə verildi

16:54 - 4 İyun 2025 - Cəmiyyət

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.

Qeyd edək ki, o 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.

Eyni zamanda A.Hüseynova 2021–2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik edərək ekspert qismində də iştirak edib.

Xəbər xətti