Cənubi Koreyada keçirilən prezident seçkilərində bülletenlərin 50%-i işləndikdən sonra müxalifət partiyasının aparıcı namizədi Li Jae-Munq liderliyini qoruyub saxlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
17,6 milyon bülleten işlənib, seçicilərin demək olar ki, 49%-i Li Jae-Munqa, 42,6%-i isə onun əsas rəqibi Kim Mun-Soya səs verib.