Timsah hamilə qadını mətbəxdə yedi

07:41 - 3 İyun 2025 - HADİSƏ

İndoneziyada hamilə qadın su basmış evinin mətbəxində timsahın qurbanı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Hadisə səkkiz aylıq hamilə olan 28 yaşlı Münirə mətbəxində şam yeməyi hazırlayarkən baş verib. Birdən timsah onun ayağını dişləyib. Güclü yağış nəticəsində çay daşaraq Munirənin dayaq üzərində tikilən evini su basıb. Yırtıcı bundan istifadə edərək, palçıqlı suda sakitcə ona yaxınlaşıb.

Münirənin bacısı qışqırıq səslərini eşidib ona kömək etməyə tələssə də, timsah qurbanı suyun altına sürükləyərək onu yeməyə çalışıb. Yarım saatdan sonra yerli sakinlər qadının qalıqlarını Mambulu çayında aşkar ediblər. 

Mütəxəssislər həyəcanverici tendensiyanı qeyd edirlər: keçən il İndoneziyada 179 timsah hücumu qeydə alınıb, onlardan 92-si ölümlə nəticələnib. Səbəb kimi sürünənlərin balıq ovuna görə təbii qida ehtiyatlarının azalması və onların yaşayış yerlərinin dağıdılması göstərilir.

1999-cu ildən bəri duzlu su timsahları İndoneziyada dövlət himayəsindədir ki, bu da onların əhalisinə nəzarəti çətinləşdirir.

Yerli sakinlər hakimiyyətdən yeni faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edirlər.

Xəbər xətti