Gəncədə qudalar arasında baltalı dava

07:24 - 3 İyun 2025 - ÖLKƏ İÇİ

Gəncənin Məhsəti qəsəbəsində qudalar arasında ailə münaqişəsi zəminində baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 1980-ci il təvəllüdlü Ə.Əlişanov bıçaq xəsarəti, onun həyat yoldaşı A.Əlişanova və 2005-ci il təvəllüdlü övladı A.Əlişanov isə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, ana və övlad balta xəsarətləri alıblar. Ə.Əlişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. Davada qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı və onların da başqa tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur.

İlkin ehtimala görə, mübahisə ailədaxili narazılıq zəminində yaranıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti