Hindistanın şimal-şərq ştatlarında başlayan musson yağışları nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 36-ya çatıb, 550 mindən çox sakin zərər çəkib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb.
Mayın 29-dan bəri aramsız yağan leysan və daşqın çayları nəticəsində ən çox ölənlərin sayı təbii fəlakətdə üç əsgər də daxil olmaqla 11 nəfərin öldüyü Assam əyalətində qeydə alınıb.
Ölən və itkin düşənlər haqqında məlumat Arunaçal Pradeş, Meqalaya, Mizoram, Sikkim və Tripura ştatlarından da daxil olub.
Bölgələrdə 10 mindən çox evə ziyan dəyib, məktəblər bağlanıb, dəmir yolu və yol əlaqəsi pozulub, əhalinin ərzaq və zəruri mallarla təminatı çətinləşib.
Xilasetmə əməliyyatlarında ordu hissələri və Hərbi Hava Qüvvələrinin helikopterləri fəal iştirak edir.
Sikkimdə 1600-dən çox turist daşqın zonasından təxliyə edilib, pis havadan zərər çəkən rayonların on minlərlə sakini müvəqqəti düşərgələrə yerləşdirilib.