Mil-Muğan regionu üzrə iki uşaq bağçası təmirdən sonra istifadəyə verilib - FOTO

20:43 - 2 İyun 2025 - ÖLKƏ İÇİ

Sabirabad şəhəri 4 nömrəli və İmişli şəhəri 2 nömrəli uşaq bağçaları cari təmirdən sonra istifadəyə verilib.

Ucnoqta.az xəbər verir ki, tədbirlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun təhsil ictimaiyyətinin nümayəndələri, pedaqoji işçilər, burada təlim-tərbiyə alan uşaqların valideynləri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər əlamətdar hadisənin - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ərəfəsində keçirildiyini bildiriblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”- kimi fikirlər səsləndirilmiş və müstəqil Azərbaycanda uşaqlara diqqətin, qayğının dövlət siyasətinin prioritet istiqaməti kimi formalaşmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər.  

Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilməsindən və uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələrin bu baxımdan mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra bildirlib ki, dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

Ölkəmizdə uşaqların maraq və mənafelərinin qorunmasına, onlara diqqət və qayğının göstərilməsinə hər zaman həssas yanaşan Ulu Öndərin başlatdığı “uşaq siyasəti”nin bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.  

Daha sonra mərasim iştirakçıları bağçalarda yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, Sabirabad şəhər 2 və İmişli şəhər 2 nömrəli uşaq bağçaları 80 yerlikdir. Bağça uşaqların zövqünə uyğun dizayn edilib, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarlarla təchiz olunub, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana təmir edilib, balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin, onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb.

Mərasimdən sonra balaca fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.


Xəbər xətti