Rahim Hüseynov yüksək vəzifəyə təyin olundu

20:16 - 2 İyun 2025 - Xəbər

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Hüseynov Rahim Mahir oğlu gətirilib.

Qeyd edək ki, o, hazırkı vəzifəsinə qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.

Xəbər xətti