Tailandın şimalındakı Çianq May əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Çianq May şəhərindən 70 km şimalda, 1 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.