Öz agentlərini Gürcüstanda hakimiyyətə gətirmək istəyirlər - Kaladze

13:57 - 2 İyun 2025 - DÜNYA

Avropa bürokratları Gürcüstanın indiki hakimiyyətini bəyənmirlər. Onu müxalifət timsalında öz agentləri ilə əvəz etmək istəyirlər,

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

"Son illərdə bir neçə dəfə dövlət çevrilişinə, hökuməti devirməyə cəhdlər olub. Bütün bunlar xaricdən maliyyələşib. Onların Gürcüstanda hakimiyyəti dəyişmək istəyən öz himayədarları var", - Kaladze deyib.

Siyasətçi mayın 31-də Gürcüstanda qüvvəyə minmiş xarici agentlər haqqında qanunla bağlı avropalı bürokratların mənfi fikirlərinə də cavab verib:

“Onlar bizim şəffaflıq haqqında qanunumuzun pis olduğunu, demokratiyaya zidd olduğunu deyirlər, eyni zamanda Brüsseldə özləri də analoji qanun layihəsini qəbul etmək istədiklərini müzakirə edirlər”, - Kaladze əlavə edib.

Xəbər xətti