İsrail Qəzzada HƏMAS-ın dörd tunelindən ibarət şəbəkəni məhv edib

19:44 - 14 Aprel 2026 - DÜNYA

İDF qoşunları Qəzza zolağının şimalında ümumi uzunluğu 800 metr olan dörd HƏMAS tunelindən ibarət şəbəkə aşkar edərək məhv edib.

Ucnoqta.az bildirir ki, bu barədə İDF mətbuat xidməti məlumat verib.

Bildirilir ki, HƏMAS tərəfindən istifadə edilən ümumi uzunluğu 800 metr olan dörd yeraltı tunel məhv edilib. Tunellərin içərisində yaşayış yerləri, uzunmüddətli qalma üçün avadanlıqlar, minalar və HƏMAS tərəfindən partlayıcı qurğular hazırlamaq üçün istifadə edilən materiallar aşkar edilib.

İDF qeyd edib ki, tunellər İsrail qoşunlarının atəşkəs razılaşması çərçivəsində yerləşdiyi Sarı Xəttin şərqində, Qəzza zolağının şimalında aşkar edilib.

Xəbər xətti