ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağda olub

11:32 - 15 İyul 2016 - Xəbər

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Azərbaycanın Dağlıq Qarabağ bölgəsində olub."Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
İnformasiyaya görə, A.Kasprşik Azərbaycanın işğal altında olan ərazisindəki erməni separatçılarının başçısı Bako Saakyanla görüşüb. Onlar təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Xəbər xətti