ABŞ İranda 5 körpünü vurdu

07:13 - 17 İyul 2026 - Xəbər

ABŞ qüvvələri İranın Bəndər Xomeyni liman şəhərində beş körpüyə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Daha əvvəl şəhərin atəşə tutulması nəticəsində yeddi nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Cümə axşamı ABŞ Mərkəzi Komandanlığı İrana qarşı daha bir sıra zərbələr endiriləcəyini açıqlayıb. İran mediası Bəndər Abbas və Qeşm adası yaxınlığında partlayışlar barədə məlumat verib.

Əhvaz, Buşehr, Bəndər Xomeyni, Bəndər Lengeh, Veysian və İranşəhr hava limanı da zərbələrə məruz qalıb.

Xəbər xətti