"Qarabağ" böyük hesabla qələbə qazandı

21:51 - 9 İyul 2026 - İDMAN

Avropa Liqasının 2026/27 mövsümündə "Qarabağ" ilk oyununu keçirib.

Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində T. Bəhramov adına Respublika stadionunda İslandiyanın "Vestri" komandasınıq əbul edib. Matç "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 

Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 86

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)

Xəbər xətti