Ermənistanın Baş naziri Nikol Paşinyan 10-29 iyul tarixləri arasında 20 günlük məzuniyyətə çıxır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu müddət ərzində baş nazirin müavinləri müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcəklər: 10-20 iyul tarixlərində baş naziri Mqer Qriqoryan, 21-29 iyul tarixlərində isə Tiqran Xaçatryan əvəz edəcək.