Fransa təyyarədaşıyan gəmini Hörmüz boğazına qaytarmayacaq

11:14 - 9 İyul 2026 - DÜNYA

Fransanın bu yaxınlarda Hörmüz boğazı yaxınlığındakı missiyadan sonra Fransa sahillərinə yola düşən "Şarl de Qoll" təyyarədaşıyan gəmisini geri qaytarmaq planı yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazir TF1-də səhər proqramının aparıcısının bu məsələ ilə bağlı sualına "Xeyr" cavabını verib.
O xatırladıb ki, Fransa artıq Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün hərbi qüvvələrini yerləşdirməyə hazır olduğunu bildirib:
"Əlbəttə ki, sakitliyin bərpa olunacağına və mina təmizləmə əməliyyatlarının mümkün qədər tez həyata keçiriləcəyinə ümid edirik. Bu, gəmiçiliyin bərpası və karbohidrogen qiymətlərinə təzyiqə son qoymaq üçün lazımdır", - deyə nazir əlavə edib.

Xəbər xətti