NASA astronavtları təmir işlərini başa çatdıraraq BKS-ə qayıdıblar

00:15 - 1 İyul 2026 - DÜNYA

Amerikalı astronavtlar Kristofer Uilyams və Cessika Meyr təmir işləri aparmaq üçün kosmosa çıxıblar və Beynəlxalq Kosmik Stansiyaya (BKS) qayıdıblar.

Ucnoqta.az bildirir ki, ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) bu barədə məlumat verib.

NASA-nın veb saytında dərc olunmuş açıqlamaya görə, astronavtlar Kris Uilyams və Cessika Meyr Şərq vaxtı ilə saat 15:40-da kosmosa çıxıblar. 7 saat 20 dəqiqə ərzində onlar əsas vəzifələrini - Canadarm2 robot qolundakı nasaz bilək oynağını dəyişdirməyi tamamlayıblar.

Bu, Uilyamsın ikinci, Meyrin isə beşinci kosmosa çıxması olub.

Xəbər xətti