Fransada keçiriləcək qarşıdan gələn prezident seçkilərinin birinci turu 18 aprel 2027-ci il, ikinci turu isə 2 maya təyin edilə bilər.
Ucnoqta.az bildirir ki, bu barədə Ouest France qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, müvafiq tarixlər Prezident Emmanuel Makronun sədrliyi ilə Nazirlər Şurasının 1 iyulda keçiriləcək iclasında təklif olunacaq.
Qeyd olunur ki, seçkilər 11 və 25 apreldə keçiriləcək alternativ cədvəl də müzakirə olunub. Konstitusiyaya görə, növbəti dövlət başçısı üçün seçkilər yalnız hazırkı prezidentin səlahiyyət müddətinin bitməsinə 35-20 gün qalmış keçirilə bilər. Bu o deməkdir ki, Makronun ikinci prezidentlik müddəti mayın 14-də başa çatdığı üçün birinci tur 2027-ci il aprelin 9-24-ü arasında keçiriləcək.