Tramp İranı ABŞ ilə atəşkəsi pozmaqda günahlandırdı

20:43 - 26 İyun 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İranı ABŞ ilə atəşkəsi pozmaqda günahlandırdı.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri Truth Social-da yazıb.

Ağ Ev rəhbəri bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərə ən azı dörd kamikaze hücum dronunu atıb. Trampın məlumatına görə, bu dronlardan biri yük gəmisinə dəyib.

"Əlbəttə ki, bu, atəşkəs razılaşmamızın çox axmaqcasına pozulmasıdır", - deyə ABŞ prezidenti bildirib.

O, hələlik İrana qarşı heç bir təhdid irəli sürməyib.

Xəbər xətti