Keçmiş dünya rekordçusu yarışlardan kənarlaşdırıldı

22:45 - 25 İyun 2026 - İDMAN

Keçmiş dünya yarımmarafon rekordçusu Keniyalı Kibivott Kandi dopinq testindən imtina etdiyinə və dopinq nəzarəti prosesinə müdaxilə etdiyinə görə yeddi il müddətinə yarışlardan kənarlaşdırılıb.

Ucnoqta.az xəbər evrir ki, bu barədə müstəqil atletika qurumu olan Atletika Dürüstlüyü Bölməsinin (AIU) mətbuat xidməti məlumat verib.

Qadağa 13 mart 2032-ci ildə başa çatacaq. 14 mart 2025-ci ildə idmançı nümunə toplamaqdan yayındığına, imtina etdiyinə və ya təqdim etmədiyinə görə müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

30 yaşlı Kandi 2020-ci ildə Valensiyada yarışı 57 dəqiqə 32 saniyəyə başa vuraraq yarımmarafon rekordu qırıb. 

Xəbər xətti