Şair Əlisəmid Kür Salyan rayon qəbiristanlığında dəfn edilib.
Onunla rayonun Hacı Tağı məscidində vida mərasimi keçirilib.
Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib. ///APA
09:40
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Ucnoqta.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Xatırladaq ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkirdi. 71 yaşlı şairin müalicəsi Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində aparılırdı. Ötən həftə isə o evə buraxılmışdı.