Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan təyyarə bazar ertəsi Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına həsr olunmuş “sülh sammiti”nin keçiriləcəyi Şarm əl-Şeyx hava limanına ikinci cəhdlə eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Ərdoğanın təyyarəsi hava limanının uçuş-enmə zolağında sürüşüb və Qırmızı dəniz üzərində bir müddət qaldıqdan sonra sonra yerə enib. Əlavə məlumat verilməyib.
Ərdoğanı sammitdə Misir prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.
Ərdoğan sammitdə iştirak edəcək və toplantı çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşlər keçirəcək.