İsraildə və ondan kənarda sülh vaxtıdır - Netanyahu

15:39 - 13 Oktyabr 2025 - Xəbər

İsraildə və ondan kənarda sülh vaxtıdır.

Ucnoqta.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bu barədə ABŞ prezidenti Donald Trampın iştirakı ilə Knessetdə (İsrail parlamenti) çıxışı zamanı bildirib.

"İndi İsrail daxilində və ondan kənarda sülhün vaxtıdır", - İsrailin baş naziri deyib.

Netanyahu əlavə edib ki, İsrail Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı müharibədə ağır bədəl ödəyib və radikallar tərəfindən qaçırılan girovların azad edilməsində göstərdiyi köməyə görə Trampa təşəkkür edib.

Xəbər xətti