Qırğızıstan prezidenti Sadır Japarov növbədənkənar parlament seçkilərinin noyabrın 30-na təyin edilməsi haqqında fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 30-da prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qırğızıstan Respublikasının Joqorku Keneşinin deputatları üçün növbədənkənar seçkilər 2025-ci il noyabrın 30-u bazar gününə təyin edilsin.
Yerli dövlət administrasiyalarına və yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanması və keçirilməsi zamanı təşkilati-texniki məsələlərin həllində müvafiq səlahiyyətli orqanlara və seçki komissiyalarına köməklik göstərmək tapşırılıb.