"Formula 1" Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prisi təxirə salınmayacaq

16:52 - 5 Mart 2026 - İDMAN

Formula 1 Dünya Çempionatının təşkilatçıları Bəhreyn və Səudiyyə Ərəbistanı raundlarını təxirə salmayacaqlar.

Ucnoqta.az xəbər verir ki, BBC jurnalisti Endryu Benson bu barədə X sosial media səhifəsində məlumat verib. Bildirilir ki, Yaxın Şərqdəki münaqişə davam edərsə, onlar ləğv ediləcək.

Mənbənin məlumatına görə, bu qərar çempionatın cədvəli ilə bağlıdır. Bəhreyn raundu 10-12 aprel, Səudiyyə Ərəbistanı Qran Prisi isə 17-19 aprel tarixlərində keçiriləcək.

Yeni "Formula 1" mövsümü Avstraliyada başlayır (6-8 mart).

Xəbər xətti