Formula 1 Dünya Çempionatının təşkilatçıları Bəhreyn və Səudiyyə Ərəbistanı raundlarını təxirə salmayacaqlar.
Ucnoqta.az xəbər verir ki, BBC jurnalisti Endryu Benson bu barədə X sosial media səhifəsində məlumat verib. Bildirilir ki, Yaxın Şərqdəki münaqişə davam edərsə, onlar ləğv ediləcək.
Mənbənin məlumatına görə, bu qərar çempionatın cədvəli ilə bağlıdır. Bəhreyn raundu 10-12 aprel, Səudiyyə Ərəbistanı Qran Prisi isə 17-19 aprel tarixlərində keçiriləcək.
Yeni "Formula 1" mövsümü Avstraliyada başlayır (6-8 mart).