Komando kursunun növbəti buraxılışı olub

14:19 - 6 Mart 2026 - Xəbər

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər. Qeyd olunub ki, kurs müddətində keçirilən intensiv təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yüksəlib və potensial təhdidlərə qarşı istənilən şəraitdə müasir döyüş aparma üsulları mənimsənilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Xəbər xətti