Ucnoqta.az
www.ucnoqta.az

Japarov növbədənkənar parlament seçkilərini noyabrın 30-na təyin edib

06:35 - 30 Sentyabr 2025 tarixində dərc olunub.

Qırğızıstan prezidenti Sadır Japarov növbədənkənar parlament seçkilərinin noyabrın 30-na təyin edilməsi haqqında fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 30-da prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Qırğızıstan Respublikasının Joqorku Keneşinin deputatları üçün növbədənkənar seçkilər 2025-ci il noyabrın 30-u bazar gününə təyin edilsin.

Yerli dövlət administrasiyalarına və yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanması və keçirilməsi zamanı təşkilati-texniki məsələlərin həllində müvafiq səlahiyyətli orqanlara və seçki komissiyalarına köməklik göstərmək tapşırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası