Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız səyahəti dayandırıb.
Ucnoqta.az xəbər verir ki, Aİ-nin veb saytında yerləşdirilmiş sənəddə bildirilir.
Qeyd olunur ki, bu gün Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahəti dayandırır. Artıq onlardan Şengen zonasına rəsmi məqsədlərlə daxil olmaq üçün viza tələb olunur.
Bu tədbir adi Gürcüstan vətəndaşlarına şamil edilmir.