Türk Hava Yolları İrana uçuşları 20 marta qədər dayandırdı

16:12 - 6 Mart 2026 - DÜNYA

Türk Hava Yolları İrana uçuşları 20 Marta qədər, "Pegasus" isə 12 Marta qədər ləğv etdi.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu X-də bildirib.

Nazirin sözlərinə görə, bu gündən etibarən Türk Hava Yolları, "AJet", "Pegasus" və "SunExpress" tərəfindən idarə olunan İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar 9 Mart günün sonuna qədər dayandırılıb. Bundan əlavə, Pegasus Hava Yolları 12 Marta qədər, Türk Hava Yolları isə 20 Marta qədər cədvəlindən İrana uçuşları ləğv edib.

O, həmçinin bildirib ki, Hələb istisna olmaqla, İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı bağlı qalır.

Xəbər xətti