ABŞ prezidenti Donald Tramp zərurət yaranarsa, ABŞ qoşunlarının İrana quru əməliyyatı üçün göndərilə biləcəyini istisna etmir.
Ucnoqta.az bildirir ki, bu barədə Amerika lideri ilə danışan Time jurnalı məlumat verib.
Nəşr qeyd edir ki, Tramp ABŞ hərbi kampaniyasının məqsədlərinə dörd-beş həftə ərzində nail oluna biləcəyinə inanır, lakin o, İslam Respublikasına quru qoşunları göndərmək mümkünlüyünü istisna etməyib.
Nəşr xəbər verir ki, bu, ABŞ-nin qaçınmağa çalışdığı bir qərardır. Amerika lideri həmçinin bildirib ki, İrana qarşı hərbi əməliyyat Vaşinqton bütün məqsədlərinə çatana qədər davam edəcək.