Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Ucnoqta.az xəbər verir ki, söhbət zamanı nazirlər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər narahatlıqlarını ifadə ediblər və gərginliyi daha da artıra biləcək hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıblar, sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər Ermənistan və Azərbaycan arasında davamlı sülhün vacibliyini yüksək qiymətləndiriblər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.