40 yaşlı Kriştianu Ronaldonun gəliri 275 milyon dollar olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Forbes yazıb. Reytinqdə ikinci yerdə basketbolçular arasında gəlir baxımından LeBron Ceymsin rekordunu qıran "Golden State Warriors"un NBA oyunçusu Stiven Karri (156 milyon dollar) qərarlaşıb.
Üçüncü yeri son bir ildə ukraynalı Oleksandr Usikə iki dəfə uduzan və yenidən karyerasını başa vuran britaniyalı boksçu Tayson Fyuri (146 milyon dollar) tutub.
İlk 10-a həmçinin aşağıdakılar daxildir:
4. Dak Preskott (Amerika futbolu) - 137 milyon dollar (NFL rekordu);
5. Lionel Messi (futbol) - 135 milyon dollar;
6. LeBron Ceyms (basketbol) - 133,8 milyon dollar (şəxsi rekord);
7. Xuan Soto (beysbol) - 114 milyon dollar (MLB rekordu);
8. Kərim Benzema (futbol) - 104 milyon dollar;
9. Şohey Ohtani (beysbol) - 102,5 milyon dollar;
10. Kevin Durant (basketbol) - 101,4 milyon dollar.