Tıxac olan yolların siyahısı

08:14 - 15 May 2025 - AVTO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət: 
 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 9. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 10. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti