Ukrayna sülh müqaviləsi bağlamaq üçün şərtlərini açıqlayıb

20:21 - 25 Aprel 2025 - DÜNYA

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxi Kiyevin sülh müqaviləsi bağlamaq üçün şərtlərini açıqlayıb

Ucnoqta.az xəbər verir ki, XİN sözçüsü birincisi Ukraynanın heç vaxt öz ərazisinin heç bir hissəsini Rusiya kimi tanımayacağını qeyd edib.
İkincisi, Ukrayna heç vaxt ordunun, hərbi sənayenin ixtisarına və ya tərəfdaşların yardımının məhdudlaşdırılmasına razı olmayacaq.
Üçüncüsü, heç bir üçüncü ölkənin Ukraynanın alyans və ittifaqlar seçiminə veto qoymaq hüququ yoxdur.
"Bunlar Ukraynanın sadiq olduğu üç prinsipial mövqedir və onlar başqa danışıqlarda da səslənib, mən bunu təsdiq edə bilərəm. Bu sürpriz deyil" - Georgi Tıxi deyib.

Xəbər xətti