İran ABŞ-ın Omanda ədalətli razılaşmaya hazır olduğunu görmək istəyir

19:51 - 25 Aprel 2025 - DÜNYA

İran Xarici İşlər Nazirliyi Omandakı dolayı danışıqlarda ABŞ-ın ədalətli və real razılaşmaya hazır olduğunu görmək istəyir.

Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib.

Bildirilir ki, xarici işlər naziri Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Oman xarici işlər nazirinin vasitəçiliyi ilə keçirilən İran-Amerika danışıqlarının üçüncü raundunda iştirak etmək üçün Maskata gəlib.
Bəqai qeyd edir ki, İran xalqına qarşı qeyri-qanuni və qeyri-insani sanksiyalara obyektiv və tez son qoyulması bizim üçün prioritetdir.
"Qarşı tərəfin nə qədər ciddi olduğunu və ədalətli və real razılaşmaya hazır olub-olmadığını görmək qalır”, - İsmail Bəqai X-də yazıb.

Xəbər xətti