Tramp İsrailin İrana zərbə endirməsinə mane olmadığını bildirib

15:16 - 25 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp deyib ki, o, İsrailin İrana zərbə endirməsinə mane olmayıb.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti "Time" qəzetinə müsahibəsində deyib.
"Mən onlara mane olmadım. Amma onlara hücum etmədən sövdələşə biləcəyimizin daha yaxşı olduğunu bildirdim", - Tramp qeyd edib.
O əlavə edib ki, İsrail və İran arasında mümkün münaqişədə ABŞ-ın hərbi iştirakını istisna etmir.

O, həmçinin vurğulayıb ki, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-ı hərbi münaqişəyə sürükləyəcəyindən qorxmur.

"Razılığa gələ bilməsək, öz istəyimlə ora gedəcəm. Razılığa gələ bilməsək, qalanlarına mən rəhbərlik edəcəm", - Tramp vurğulayıb.

Xəbər xətti