Tramp İran prezidenti və ya ali lideri ilə görüşməyə hazır olduğunu bildirib

14:48 - 25 Aprel 2025 - DÜNYA

Tramp İran prezidenti və ya ali lideri ilə görüşməyə hazır olduğunu bildirib

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqlar üçün İran prezidenti Məsud Pezeşkian və ya ölkənin ali dini lideri Ayətullah Əli Xamenei ilə görüşməyə hazır olduğunu açıqlayıb. 
Amerika lideri “Time” jurnalının Vaşinqton və Tehran arasında birbaşa danışıqların başlamasından sonra İranın yüksək səviyyəli liderləri ilə görüşməyə hazır olması ilə bağlı sualına Tramp “Əlbəttə” cavabını verib.

Xəbər xətti