Keyfiyyətsiz kadr probleminin BAŞLANĞICI

12:22 - 15 Mart 2026 - Cəmiyyət

Ümumiyyətlə bizim qəbul imtahanlarımız o qədər çətin prosesə keçirilib ki, sanki biz bu qəbul imtahanları ilə xüsusi istedadlı, vunderkind uşaqlar seçirik.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib. Şəmil Sadiq qeyd edir ki, onlar ölkədə mində bir milyonda bir uşaqlar olmalıdır: 
""Halbuki biz bu gənclərin riyazi biliklərini, oxuyub anlama, qavrama qabiliyyətlərini müəyyənləşdirməliyik və ali məktəbdədə müəyyən peşəyə yiyələsinlər. Təsəvvür edin ki, bizim qəbul proqramımızda tibbə hazırlaşan uşaq kəllə sümüklərinin qığırdaqlarını bir travmotoloq qədər bilir. Yaxud 3-cü qrupa hazırlaşan, Azərbaycan dilini öyrənən şagird qaydaları Azərbaycan dili müəllimindən daha yaxşı bilir. Bu da bilik yönümlü təhsildir: 

Şəmil Sadiq bildirir ki, uşağın istedadını müəyyənləşdirmək üçün bu qədər çətin suallara ehtiyac yoxdur: 
"Biz müəyyənləşdirməliyik ki, o, universitetdə oxuyub öyrənəcək. Amma biz ali məktəbə qədər onları hazırlaşdırırıq, dərinləməsinə bilik yükləyirik və o bilik onları yorur. Sonradan da keyfiyyətsiz kadrlar ortaya çıxır".

Xəbər xətti