Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb.
Ucnoqta.az xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu K.Şirəlizadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.