"Sent-Etyen" - "Lion" matçı yarımçıq qaldı - köməkçi hakimə əşya atılıb

00:00 - 21 Aprel 2025 - İDMAN

Futbol üzrə Fransa çempionatının 30-cu turunun “Sent-Etyen” – “Lion” matçı tribunadan hakim köməkçisinə yad əşya atıldığı üçün dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Sent-Etyen şəhərindəki Stade Geoffroy Guichard stadionunda keçiriləcək.

Hadisə ilk hissənin sonlarında baş verib. Baş hakim köməkçisinə atılan əşya onun başına dəyib. Hakimə kömək göstərilib, bundan sonra komandalar meydanı tərk edərək yeraltı meydançaya çıxıblar.

Qarşılaşmanın dayandırıldığı vaxt "Sent-Etyen" 1:0 hesabı ilə qalib gəlirdi.

Xəbər xətti