"Honda Motor Company" ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən avtomobillərə tətbiq edilən 25% gömrük rüsumlarına görə Kanada və Meksikadan avtomobil və hissələrin istehsalını ABŞ-a köçürməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Şirkətin ABŞ-da təxminən 1,42 milyon avtomobil satdığı bildirilir ki, bu da onun qlobal satışlarının təxminən 40%-ni təşkil edir. Bunlardan təxminən 1 milyon ədədi yerli istehsal, 500 minə yaxın avtomobil isə əsasən Kanadadan gətirilir.
Bir vaxtlar Yaponiya avtomobil şirkətləri ABŞ, Meksika və Kanada arasında bir sıra şərtlər yerinə yetirildiyi təqdirdə sıfır tarifləri nəzərdə tutan xüsusi sazişdən istifadə edirdilər.
Bu, şirkətlərə işçi qüvvəsinin daha ucuz olduğu Kanada və Meksikada ixrac bazaları yaratmağa imkan verdi. Bununla belə, Tramp bütün avtomobil idxalına 25% rüsum tətbiq etmək qərarına gəlib.
Yeni şərtlər daxilində Honda ABŞ-da avtomobil istehsalını 30% artırmaq niyyətindədir.
Nəticədə ABŞ-da satılan bu markanın avtomobillərinin 90%-i ABŞ istehsalı olacaq. Xüsusilə, CR-V SUV və Civic sedanının istehsalı Kanadadan ABŞ-a, HR-V modelinin istehsalı isə Meksikadan ABŞ-a köçürüləcək. Bu prosesin ən azı iki il çəkəcəyi gözlənilir.