Rusiya regionları üzərində 26 PUA vurulub

08:21 - 16 Aprel 2025 - DÜNYA

Gecə ərzinddə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya Federasiyasının regionları üzərində Ukraynaya məxsus 26 PUA-nı məhv edib və ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 9 PUA Voronej vilayətinin ərazisi üzərində, 8 PUA Belqorod vilayətinin ərazisi üzərində, 4 PUA Kursk vilayətinin ərazisi üzərində, 2 PUA Lipetsk vilayəti və Krım Respublikası əraziləri üzərində, bir PUA isə Moskva vilayətinin ərazisi üzərində zərərsizləşdirilib.

Xəbər xətti